top
Gəncədə peşə təhsil müəssisələrində vakant yerlərə sənəd qəbulu başlayıb
14 sentyabr 2021, 11:37
- +

Gəncədə peşə təhsil müəssisələrində vakant yerlərə sənəd qəbulu başlayıb

Azərbaycanda ilk dəfə olaraq Təhsil Nazirliyinin sisteminə daxil olan peşə təhsil müəssisələrinə işə qəbul mərkəzləşmiş imtahanla həyata keçiriləcək. İmtahan 2021/2022-ci tədris ili üçün ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub.

Çalışmaq istəyənlər 17 sentyabr tarixinədək elektron müraciət portalında qeydiyyatdan keçməlidirlər. Müsabiqə zamanı Gəncə üzrə 8 ixtisas fənn müəllimi və 15 istehsalat təlimi ustası vakansiyası mövcuddur.

Ərizələri təsdiq olunmuş şəxslər sentyabrın ikinci yarısında ixtisas, tədris metodikası və məntiqdən test imtahanı verəcəklər.

Namizədlərə tələblər: 

İxtisas fənn müəllimləri - orta ixtisas və ya ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;

İstehsalat təlimi ustaları - orta ixtisas və ya ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.

Vakant yerlər aşağıdakılardır:

İxtisas fənn müəllimləri üzrə:

1 nömrəli Gəncə Peşə Məktəbi - Kargüzar

2 nömrəli Gəncə Peşə Məktəbi - Bərbər-vizajist-manikürçü

2 nömrəli Gəncə Peşə Məktəbi - Video çəkiliş üzrə operator

2 nömrəli Gəncə Peşə Məktəbi - Əsas səriştə modulları (baza)

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi - Elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi - Elektrovoz maşinisti köməkçisi

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi -  Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator

İstehsalat təlimi ustaları üzrə:

1 nömrəli Gəncə Peşə Məktəbi - Kargüzar

2 nömrəli Gəncə Peşə Məktəbi - Bərbər-vizajist-manikürçü

2 nömrəli Gəncə Peşə Məktəbi - Video çəkiliş üzrə operator

3 nömrəli Gəncə Peşə Liseyi - Geyim üzrə dizayner

3 nömrəli Gəncə Peşə Liseyi - Kompüter operatoru

3 nömrəli Gəncə Peşə Liseyi - Turizm təşkilatçısı

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi - Geyim üzrə dizayner Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi - Avtomobil üzrə elektrik

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi - Elektrovoz maşinisti köməkçisi

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi - Avtomobillərin təmiri çilingəri

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi - Dəmir yolu stansiya və keçid növbətçisi

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi - Rabitə avadanlıqlarını quraşdırıcısı

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi - Elektrik qaz qaynaqçısı

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi - Logistika operatoru Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi - Çilingər-santexnik

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 20:52

Orta aylıq əməkhaqqı 1100 manata çatır

Bütün xəbərlər
Dünən, 18:00

"DeFacto" Gəncədəki mağazasını bağlayır?

Bütün xəbərlər
Dünən, 17:24

Gəncədə 5 yaşadək uşaqlara PULSUZ HAZIRLIQ

Bütün xəbərlər
Dünən, 16:45

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyulub

Bütün xəbərlər
Dünən, 16:04

Şəmkir sakini su arxına yıxılaraq ölüb

Bütün xəbərlər
Dünən, 15:57

"Kəpəz" klubundan gözlənilməz qərar

Bütün xəbərlər
Dünən, 15:26

Gəncədəki bu xəstəxanada yoxlamalar BAŞLANILDI

Bütün xəbərlər
Dünən, 14:51

Əfsanəvi "Bozqurd" dəstəsinin döyüşçüsü Ukraynada vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:17

Bakı-Ağstafa və əks istiqamətdə əlavə qatar reysləri təyin edib

Bütün xəbərlər
Dünən, 13:44

"İmkanlar hamı üçün açıqdır" – Kanadada pulsuz təhsil alan gəncəli

Bütün xəbərlər
Dünən, 13:02

Küçədə corabı ucuz qiymətə satmayan şəxs döyüldü

Bütün xəbərlər
Dünən, 12:21

Gəncənin Dəyirman dairəsi İFLİC OLDU - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 11:38

Şəhid övladı ölkə birinciliyində medal qazanıb

Bütün xəbərlər
Dünən, 11:07

Gəncənin mərkəzində dağılan tamet daşları aylardır bərpa edilmir

Bütün xəbərlər
Dünən, 10:36

Gəncədə yol qəzasında 8 nəfər xəsarət alıb - YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 10:04

ATU-ya şəhid ailə üzvləri qəbul olub - FOTO

Bütün xəbərlər
Dünən, 09:32

Valideynlərini itirən qız 15 yaşında ana oldu

Bütün xəbərlər
Dünən, 08:55

Gəncədə iki qadını maşın vurdu

Bütün xəbərlər
09 sentyabr 2025, 18:37

ADAU məzunları Dövlət Proqramının qalibi oldular

Bütün xəbərlər
09 sentyabr 2025, 17:02

Gəncə avtobuslarında ödənişlər müxtəlif üsullarla həyata keçiriləcək

Bütün xəbərlər
09 sentyabr 2025, 15:44

Gəncədə yeni çəkilmiş asfalt DAĞILDI

Bütün xəbərlər
09 sentyabr 2025, 15:02

Gəncəli boksçu Misirdə dünya kəməri uğrunda döyüşəcək

Bütün xəbərlər
09 sentyabr 2025, 14:31

Gəncədə küçə ticarətinə qarşı reydlər keçirilib - FOTO

Bütün xəbərlər
09 sentyabr 2025, 13:58

Gəncədə istilər səngiməyə doğru gedir

Oxşar xəbərlər