Gəncənin bir küçəsində asfalt örtüyü dağılıb, digəri isə su borusunun təmirindən sonra bərpa olunmayıb. Küçələrin ikisi də yağışlı havada palçıq olur. Bu haqda Gencexeber.az-ın müxbiri 4 oktyabr tarixində xəbər verib.
Şəhərin Əlövsət Məmmədov küçəsində asfalt örtüyü istifadə olunmaz haldadır. Eniş-yoxuşlardan ibarət yol 4 saylı uşaq musiqi məktəbinə aparır.
Gencexeber.az daha öncə, Aida İmanquliyeva küçəsində qeydə alınan kommunal qəza haqda xəbər vermişdi. Qəza yerində təmir işləri üçün xəndək qazılmışdır. Hal-hazırda torpaqla örtülməyən çala səbəbindən küçə palçıqdır.
Hər iki küçənin sakinlərinin sözlərinə görə, yağışlı havada sürücü və piyadaların hərəkəti çətinləşir.