19.1 C
Gence
19.1 C
Gence

Aida İmanquliyeva küçəsini davamlı olaraq kanalizasiya suları basır

“Burada axan sular çaya çevirilib” – Gəncənin Aida İmanquliyeva küçəsinin sakini söyləyib. Buranı davamlı olaraq su basır. Bu vəziyyət bizim tərəfimizdən bir neçə dəfə işıqlandırılıb.

Bu gün təqdim etdiyimiz görüntülər 19 sentyabr tarixində Atatürk prospektində qeydə alınıb. Aida İmanquliyeva küçəsindən Atatürk prospektinə gedən yol enişli olduğu üçün kanalizasiya suları sürətli axın yaradır.

Sakinlərdən əldə etdiyimiz məlumata əsasən, axan kanalizasiya sularıdı. Bu vəziyyət günorta saatlarında müşahidə olunur.

Daha öncə, Aida İmanquliyeva küçəsində axan çirkab suları haqqında xəbər vermişdik.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan