17.7 C
Gence
17.7 C
Gence

Gəncədə 58 ildir klavişli musiqi alətlərin köklənməsi ilə məşğul olan usta yaşayır

Gəncədə artıq 58 ildir piano, royal və orqan klavişli-nəfəsli musiqi alətlərini kökləyən usta fəaliyyət göstərir.

Həyatının 30 ilini İstanbulda çalışan 74 yaşlı Cəmil Məmmədov, iki ildir ki, Gəncəyə geri dönüb. Ustanın sözlərinə görə, vətənində işləmək onun arzusu olub. Sənətə 16 yaşında yiyələnməyə başlayan ustanın müəllimi olmayıb.

Bu ilin iyun ayında Cəmil usta Türkiyədə keçirilən klassik piano festivalına dəvət almışdı. O, orada royalların səslənməsinə nəzarət edirdi.

Usta, Üzeyir Hacıbəyov adına konservatoriyada orqan musiqi alətinin təmir və köklənməsi üçün dəvət olunub. O, İstanbulda yaşayan dönəm İngilis konsulluğu və katolik kilsələrində bu işi görüb.

Qeyd edək ki, dünyada orqanların təmiri və köklənməsi ilə məşğul olan ustalar az saydadır.

Cəmil Məmmədov Baladadaş oğlu 10 fevral 1947-ci ildə anadan olub. Usta Gəncədə boya başa çatıb və musiqiyə olan həvəs ona anasından keçib. Cəmil ustanın anası Mübubet Məmmədova xanəndə və xalq mahnıları ifaçısı olub. Xanım tanınmış muğam ustadı olan Zülfü Adıgözəlovun tələbəsi olub.

Cəmil ustanın xidmətindən yararlanmaq istəyənlər (055) 775 79 64 mobil nömrəsi ilə əlaqə saxlaya bilər.

Foto Gencexeber.az
Foto Gencexeber.az

 

Ən Çox Oxunan