20.6 C
Gence
20.6 C
Gence

Gəncədə kanalizasiya quyusu daşıb: küçədə hərəkət məhdudlaşdırılıb

Gəncədə kanalizasiya quyusunun daşması səbəbindən yol bağlanıb. Bu haqda Gencexeber.az-a dekabrın 24-ü məlumat daxil olub.

Hadisə Heydər Əliyev prospekti ilə İsrafil Məmmədov küçəsinin kəsişməsində qeydə alınıb. Küçədə yerləşən kanalizasiya quyusundan çirkab suları axır. Sakinlərin sözlərinə görə, ərazidə çox pis qoxu var.

Saat 14:20 radələrində əraziyə “Azərsu” ASC-nin əməkdaşları cəlb olunublar. Təmir işlərinin aparılması məqsədilə küçənin giriş-çıxışı bağlanıb. Bu səbəbdən sürücülər “doqquz mərtəbə” adlanan çox mərtəbəli binanın həyətindən hərəkət edirlər. Mövcud vəziyyət yolda sıxlığın yaranmasına səbəb olub.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan