Gəncədə daha bir küçənin yolu təmir olunur. Bu haqda Gencexeber.az-a 13 sentyabr tarixində məlumat daxil olub.
Yol infrastrukturu işləri Zülfüqar Məmmədov kuçəsində aparılır. Ərazidə texnika və canlı qüvvə çalışır. Adıçəkilən küçədə avtomobil yolunun səthi bərabərləşdirilib, asfalt örtüyü salınıb və yol kənarlarına bordürlər düzülüb. Hazırda piyada səkisinə asfalt çəkilir.
Qeyd edək ki, şəhərin bir sıra küçələrində asfaltlama işləri aparılır.