Gəncədə azyaşlının iştirakı ilə yol qəzası baş verib. Bu haqda 11 avqust tarixində Apa-ya istinadən xəbər veririk.
Hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb. 10 yaşlı Yağmur İsgəndərova yolu qarşı tərəfə keçmək istəyən zaman onu "Mercedes" markalı minik avtomobili vurub.
Zərərçəkmişin vəziyyətinin orta ağır olduğu bildirilir.