Gəncədə iki yolun kəsişməsində olan işıqfor fəaliyyət göstərmir. Bu haqda Gencexeber.az-a 1 fevral tarixində məlumat daxil olub.
Sözügedən hal Nizami Gəncəvi ilə Azərbaycan Bayrağı küçələrinin kəsişməsində müşahidə olunur. Sürücülərin sözlərinə görə, adıçəkilən ərazidə yerləşən hərəkət tənzimləyicisi ötən gündən bəri işləmir.
Bu səbəbdən avtomobillərin idarə edilməsi çətinləşib, yolda gərginlik yaranıb. Sakinlər qəza şəraitinin yaranmağından narahatdırlar.