Gəncədə yol hərəkəti qaydalarını pozan sürücü müəyyən edilib. Bu haqda 26 iyun tarixində Report-a istinadən məlumat veririk.
Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları tərəfindən monitorinqlər aparılıb. Nəticədə Elgün Lətifinin “VAZ 2107” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub.
DYPB-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndəriblər. Məhkəmənin qərarı ilə E.Lətifi sürücülük hüququndan 1 illik məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib.
Bundan başqa, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə konstruksiya dəyişikliyi etməsi üzə çıxıb.