“Beynəlxalq Azərbaycan Muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin Musiqisi Günü” nə həsr olunmuş toplantı keçirilib. Mədəniyyət Mərkəzi xəbər verir ki, Yevlaxda "Muğam ruhun qidasıdır!” adlı tədbir təşkil olunub.
Tədbir Nizaminin, Nəsiminin, Əlağa Vahidin qəzəllərinin Mədəniyyət Mərkəzi qiraətçıləri tərəfindən söylənməsi ilə başlayıb. Burada Azərbaycan şairlərinin yaradıcılıqlarından şeir və qəzəlləri Mədəniyyət Mərkəzinin əməkdaşları Zaur Qurbanov, Fəridə Həsənova, Sevinc Məmmədzadə, Kəmalə Qurbanova və MKS-nin direktor müavini Tofiq Həsənov səsləndirilib.