Yevlaxda vətəndaş qəbulu baş tutub.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev sakinlərlə görüşüb. Qəbul qurumun inzibati binasında təşkil olunub.
Burada sakinlər şəhər rəhbərinə onları narahat edən məsələləri səsləndiriblər. Müraciətlərin bir qismi aradan qaldırılıb, digərlərinin həlli istiqamətində aidiyyəti qurumlara bir sıra göstərişlər verilib.