Gəncədə məzarlıq tullantılarla dolub. Bu haqda 11 mart tarixində xəbər veririk.
Sözügedən fakt “Yeni Səbiskar” məzarlığında müşahidə edilib. Sakinlər bildirirlər ki, məzarlığa gələn və ya oradan keçən şəxslərin bəziləri oranı zibilləyirlər. Orada yaxınlarının məzarları olan şəxslər ərazinin zibillənməsindən narahatdırlar. Onlar qeyd edirlər ki, 20 gün öncə də məzarlığa getdikləri zaman bu görüntü ilə qarşılaşıblar.
“Biz ölülərimizə hörmət etməliyik. Burada sizin də yaxınlarınız ola bilər. Bu tip həssas mövzuya görə aidiyyəti qurumlar, zəhmət olmasa, müvafiq addımlar atsın”, - deyə redaksiyamıza müraciət edən şəxs bildirib.