Gəncədə növbəti avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 4 sentyabr tarixində məlumat daxil olub.
Hadisə şəhərin Yeni Gəncə yaşayış massivinin Nizami prospektində qeydə alınıb. “Honda” markalı avtomobil “VAZ 2106”nı ötən zaman ona kənardan sürtülüb. Daha sonra sonuncu “Honda”nı arxadan vurub. Nəticədə “VAZ 2106” piyada səkisinin kənarındakı betona çarpılıb.
Qəza zamanı xəsarət alan olmayıb. Avtomobillər yararsız hala düşüb.
Şahidlərin sözlərinə görə, “VAZ 2106” markalı avtomobilin sürücüsü sərxoş olub.
[modula id="44330"]