Gəncədə daha bir kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 23 avqust tarixində məlumat daxil olub.
Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. 34 saylı binanın qarşısında kommunal qəza baş verib. Nəticədə küçə boyunca çirkab axır.
Sakinlər bildirirlər ki, sözügedən ərazidə tez-tez kommunal qəzalar qeydə alınır. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti quruma müraciət olunub. Lakin heç bir nəticə əldə edilməyib.