Gəncədə bir çox sakinlər susuz qalıblar. Bu haqda Gencexeber.az-a 4 mart tarixində məlumat daxil olub.
Söhbət şəhərin Yeni Gəncə qəsəbəsindən gedir. Burada artıq 4 gündür ki, təxminən 18 binada içməli su təchizatı yoxdur. Buna səbəb su ilə təmin edən motorun xarab olmasıdır. Sakinlər əraziyə su maşınlarını çağıraraq çənlərini doldururlar. Bu da onlara 10 manata başa gəlir.
Bildirilir ki, problem 3 gün ərzində həll olunacaq.