Gəncədə küçələrin birində təmir işləri yarımçıq qalıb. Bu haqda Gencexeber.az-a 21 avqust tarixində məlumat daxil olub.
Bu hal Şota Rustaveli küçəsində müşahidə olunur. Adıçəkilən küçənin Şahsevənlər küçəsinə çatmamış hissəsində su və kanalizasiya xətləri çəkilib. İşlər bitdikdən sonra isə ərazi təmizlənməyib.
Bu mənzərədən narazı olan sakinlər bildiriblər ki, yolun ortasında qalan daşlar və tullantılar avtomobillərin hərəkətinə maneə törədir. Həmçinin nəqliyyat vasitələri ərazidən keçəndə toz yaranır.
[modula id="43024"]