Gəncədə küçələrdən birinin asfalt örtüyü yararsız hala düşüb. Bu haqda Gencexeber.az-a 30 may tarixində məlumat daxil olub.
Söhbət şəhərin Yevlax küçəsindən gedir. “Əlillərin dairəsi” adlanan yerin yaxınlığında asfalt örtüyü çöküb. İkitərəfli yolun bir hissəsi yağışlardan sonra tamamilə yararsız hala düşüb. Ərazidə dərin quyular əmələ gəlib.
Buna görə sürücülər “sağlam” tərəflə hərəkət etməyə məcbur olurlar. Bu vəziyyət sözügedən yolda qəza şəraiti yaradır. Sakinlər küçənin bərpa olunmasını arzu edirlər.
[modula id="38119"]