Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Gencexeber.az-a 12 sentyabr tarixində məlumat daxil olub.
Hadisə “Yeni Gəncə dairəsi” adlandırılan yerdə qeydə alınıb. Hava şəraitinin yağışlı olması səbəbindən “VAZ 2106” ilə “Toyota” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində xəsarət olan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.