Gəncədə yağmurlu hava fəsadlara yol açıb. Bu haqda Gencexeber.az-a 12 sentyabr tarixində məlumat daxil olub.
Səhər saatlarından şəhər ərazisində yağıntılı hava müşahidə olunur. Yağışın nisbətən güclənməsi sakinlər üçün çətinlik yaradıb. Bir sıra küçələrdə kanalizasiya quyuları daşmağa başlayıb. Nəticədə bəzi ərazilərdə çirkab yağış suları ilə qarışaraq axır.
Asfalt örtüyü nahamar olan yollarda gölməçələr əmələ gəlib. Bu hal, xüsusilə piyadaların hərəkətində maneələr yaradıb.