Gəncə Gənclər Evində tədbir təşkil olunacaq. Bu haqda 22 fevral tarixində Gənclər Evinə istinadən xəbər veririk.
26 Fevral – Xocalı soyqırımının ildönümünə həsr olunmuş "Xoca" filminin nümayişi olacaq. Ekran əsəri 25 fevral tarixində saat 15:00-da göstəriləcək.
Tədbir Gəncə Gənclər Evi və Gəncə Regional Gənclər və İdman İdarəsininin təşkilatçılığı ilə həyata keçiriləcək.