Gəncədə sakinlər su problemi yaşayırlar. Bu haqda 16 avqust tarixində “Belediyye.net”ə istinadən xəbər veririk.
Söhbət şəhərin Bayan küçəsindən gedir. Burada məskunlaşan Xocalı sakinləri susuzluqdan əziyyət çəkirlər. Buna səbəb binada suyun olmamasıdır.
“Su üzünə həsrət qalmışıq. Yaxınlıqda xalçayuma sexi açıldıqdan sonra mövcud problem yaşanmağa başlayıb”, - deyə əhali bildirib.
Onlar, həmçinin əlavə ediblər ki, bu hal artıq 2-3 aydır davam edir.