Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Gencexeber.az-a 1 iyun tarixində məlumat daxil olub.
Qəza şəhərin Dədə Qorqud küçəsi ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində qeydə alınıb. “Xanımın dükanı” adlanan mağazanın qarşısında iki ədəd “VAZ 2107” markalı avtomobil toqquşub.
Nəticədə xəsarət alan olmayıb. Maşınlara yüngül zərər dəyib.
Əraziyə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.