Gəncədə quru budaqlar sakinlər üçün təhlükə yaradır. Bu haqda Gencexeber.az-a 24 iyun tarixində məlumat daxil olub.
Sözügedən vəziyyət şəhərin Xan bağında müşahidə olunur. Sakinlərin ən sevdikləri istirahət guşəsində çoxlu sayda qocaman xan çinarlar var. Onların üzərindəki budaqların çoxu quruyub. Sakinlər bildirirlər ki, həmin budaqlar qoparaq hündürlükdən yüksək sürətlə yerə tökülür.
“Yay aylarıdır, axşam Xan bağında çox adam olur. Hamı gəlir bura istirahət eləməyə. Quru budaqlar qırılıb üstümüzə, yerə tökülür. Bəziləri çox itidir və yüksəkdən düşdüyü üçün sürəti çox olur. Düşüb hansısa xəsarət yetirər deyə narahatıq. Həmin budaqlar arıtlansa, yaxşı olar”, - deyə onlar qeyd ediblər.