Gəncədə təmizlik aksiyası keçirilib. Bu haqda 26 iyun tarixində MKTİB-yə istinadən məlumat veririk.
İşlər şəhərin Sadıllı qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin həyətindən keçən kanalda görülüb. Ötən günlərdə qərb bölgəsində leysanların yağması Xan arxında suyun səviyyəsinin bir neçə dəfə artmasına səbəb olub. Sel suları Göygöl rayonu ərazisindən məişət və digər tullantıları gətirərək arxda suyun axınına maneə yaratmaqla daşqınlara səbəb olurdu.
Nəticədə vətəndaşlara məxsus fərdi yaşayış evləri, həyətyanı sahələr və zirzəmilər zərər görürdü. Bu təhlükəni aradan qaldırmaq üçün MKTİB tərəfindən lazımi tədbirlər görülüb, Xan arxında suyun normal axını təmin edilib. Arxda yığılıb qalan məişət tullantıları və selin gətirdiyi bütün qalıqlar bir yerə yığılaraq ərazidən daşınıb.