Gəncədə zəncirvari qəza baş verib. Bu haqda 12 sentyabr tarixində Apa-ya istinadən xəbər veririk.
Hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb. "VAZ-2107" markalı avtomobilin sürücüsü "Opel"i ötmək istəyərkən motosikletlə toqquşub. Sonuncu zərbənin təsirindən aşaraq yol kənarında park edilmiş "Hyundai" markalı maşına çarpılıb. Nəticədə motosikletin 39 yaşlı sürücüsü Anar Zeynalov xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Araşdırma aparılır.