Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 28 iyun tarixində məlumat daxil olub.
Hadisə şəhərin Bayan küçəsində qeydə alınıb. “Üç təpə” adlanan ərazidə “VAZ 2107” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq, Xan arxına aşıb.
Əraziyə texnika cəlb olunub və avtomobil kanaldan çıxarılıb. Qəza zamanı nəqliyyat vasitəsi yararsız hala düşüb. Xəsarət alan olmayıb.