Gəncədə bir nəfərin barmağı halqada sıxılaraq qalıb. Bu haqda 7 sentyabr tarixində FHN-ə istinadən məlumat veririk.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə vətəndaşın barmağında dəmir halqanın sıxılması barədə müraciət daxil olub. Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb ediliblər.
Təcili tibbi yardım briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində dəmir halqa həmin şəxsin barmağından çıxarılıb.