Gəncədə azyaşlı və məktəblilər üçün aksiya həyata keçirilir.
Gencexeber.az-a daxil olan məlumata əsasən, sosial tədbir “Gəncə İnkişaf” Tədris Mərkəzi tərəfindən təşkil olunur. Burada bütün psixoloji və loqopedik müayinələr ödənişsiz aparılacaq. Aksiya oktyabrın 15-dək davam edəcək.
Aksiyadan yararlanmaq istəyənlər 055 405 78 44 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməlidirlər.