Gəncədə rəssamlıq məktəbi təmir olunur. Bu haqda Gencexeber.az-a 15 dekabr tarixində məlumat daxil olub.
Sözügedən işlər Mirzə Abbas Abbaszadə küçəsində yerləşən Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbində aparılır. Təhsil müəssisəsinin binasının fasadı və içərisi əsaslı təmir olunur.
Qeyd edək ki, bu məktəb 1930-cu illərdə Göygöl rayonunda fəaliyyət göstərib, 1940-cı illərin ortalarında Gəncə şəhərinə köçürülüb. Hazırda burada direktor rəssam Habil Əzizovdur.