Gəncədə universitetlərin birində seminar baş tutacaq. Bu haqda 13 mart tarixində ADAU-ya istinadən xəbər veririk.
Təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə Azərbaycan Dövlət Aqrar Universitetinin fakültələrində seminarlar davam edir. Seminarlar ikili diplom proqramı çərçivəsində Ege Universitetindən dəvət olunan professor-müəllim heyəti tərəfindən aparılacaq.
Növbəti seminar 14 mart tarixində saat 15:00-da yeni tədris binasındakı 451-ci otaqda baş tutacaq. Seminar profesor doktor Mustafa Gümüş tərəfindən “Bitkilerde virüs hastalıklarının kontrol yöntemleri” mövzusunda təşkil olunacaq.