Gəncədə seminarlar keçirilib. Bu haqda 3 oktyabr tarixində UNDP Azərbaycana istinadən məlumat veririk.
BMT-nin İnkişaf Proqramı (UNDP) və Dövlət Turizm Agentliyi (DTA) tərəfdaşlığı ilə “Azərbaycan Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsi həyata keçirilib. Proyekt çərçivəsində Gəncə və digər bölgələrdə seminarlar təşkil olunub. Burada müxtəlif dövlət qurumları, icra hakimiyyəti orqanları və bələdiyyələrin nümayəndələri fəal iştirak ediblər.
Seminarlar zamanı konstruktiv müzakirələr aparılıb, təklif olunan layihələrə töhfə verən rəylər toplanıb.