Gəncədə bayramqabağı Novruz şənliyi keçiriləcək. Bu haqda 13 mart tarixində Art Garden Ganja-ya istinadən məlumat veririk.
“Tonqalsız Novruz olmaz” adlı tədbir 19 mart “Tursh kafe”də təşkil olunacaq. Burada gün boyunca canlı musiqi, rəqslər, samovar çayı və s. olacaq. Yığıncağın proqramına canlı musiqi, DJ, tonqal, manqal, fotoqraf və oyunlar daxildir.
Tədbirdə iştirak haqqı 18 manatdır. Biletləri “Tursh kafe”dən əldə etmək olar. Bu qiymətə iştirakçılara manqalda kabab, salat, sous, qəlyanaltılar, şərab/kokteyl/spirtsiz içki və samovar çayı verilir.
Ətraflı məlumat üçün (055) 936 30 17. Kafe Vaqif küçəsi, 160 ünvanında yerləşir.