Gəncədə inşaat işləri tıxaca səbəb olub. Bu haqda Gencexeber.az-a 11 avqust tarixində məlumat daxil olub.
Şəhərin Heydər Əliyev prospektində böyük tıxac əmələ gəlib. Buna səbəb həmin küçədə yerləşən “univermaq”da inşaat işlərinin getməsidir. Ticarət obyektində yeni mərtəbələr tikilir.
İnşaat işləri ilə əlaqədar hazırda mağazanın qarşısında dayanmış betonqarışdıran maşın prospektin müəyyən hissəsini “zəbt edib”. Avtomobil yolun hərəkət hissəsində dayandığı üçün yolda sıxlıq və tıxac yaranıb.
[caption id="attachment_42415" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]