Gəncədə baş verən qəza nəticəsində qadın ölüb. Bu haqda 30 avqust tarixində Apa-ya istinadən xəbər veririk.
Ötən gün şəhərin Atatürk prospektində piyadanın iştirakı ilə baş verən qəza haqda məlumat paylaşmışdıq. Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan qadının kimliyi açıqlanıb. Yolu keçmək istəyərkən maşının vurduğu piyada 40 yaşlı Firuzə Babayevadır.
O, xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.