Gəncədə tələbələr üçün layihə təşkil olunub. Bu haqda 22 avqust tarixində Amerikanın Azərbaycandakı Səfirliyinə istinadən xəbər veririk.
“Gələcəyin Proqramı” layihəsinin iştirakçıları proyekti başa çatdırdıqları üçün sertifikatla təltif olunublar. Tələbələr burada liderlik, ünsiyyət və qərar vermə bacarıqlarını inkişaf etdirərkən, eyni zamanda şəbəkə inkişafı və kodlaşdırmanı da öyrəniblər.
Qeyd edək ki, layihə Amerikanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə həyata keçirilib. Proqramın təşkilatçısı Şölə Eminbəylidir.