Gəncədə küçələrin birində asfalt örtüyü bərpa olunur. Bu haqda Gencexeber.az-a 30 may tarixində məlumat daxil olub.
Söhbət şəhərin Təbriz küçəsindən gedir. Bir müddət öncə sözügedən ərazidə asfalt örtüyünün yararsız halda olması barədə məlumat vermişdik. Burada nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Əraziyə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb edilib. Artıq bir neçə gündür ki, asfalt örtüyünün qazılmış hissələri bərpa olunur.
[modula id="38114"]