Gəncədə küçələrdən birində kommunal işlər görülür. Bu haqda Gencexeber.az-a 7 iyun tarixində məlumat daxil olub.
Söhbət şəhərin Hacı Məmmədhüseyn Rəfiyev (keçmiş İsrafil Məmmədov küçəsi, 1-ci döngə) küçəsindən gedir. Burada kanalizasiya və su təchizatı sistemlərinin yenilənməsi üzrə işlər aparılır. Küçədə qazıntı prosesi gedir. Əraziyə “Maqro” şirkətinin texnika və canlı qüvvəsi cəlb olunub.
Yeni sistemlər çəkildikdən sonra küçəyə asfalt örtüyü salınacaq. Beləliklə, 50-yə yaxın sakin su və kanalizasiya sistemləri, yol infrastrukturu ilə təmin olunacaq.