Gəncədə qazılmış küçələrdən biri təmir olunur. Bu haqda Gencexeber.az-a 31 avqust tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin Atatürk prospektində aparılır. Əraziyə canlı qüvvə və texnika cəlb olunub. Burada yeni su və kanalizasiya sistemləri çəkilən zaman qazılmış hissələrə asfaltdan yamaq vurulur.
İşlərlə bağlı prospektdə avtomobil yolunun yarısında hərəkət məhdudlaşdırılıb.