Gəncə şəhərinin İsrafil Məmmədov küçəsindəki kommunal qəzanın nəticələri aradan qaldırılıb. Bu haqda Gencexeber.az-a 15 avqust tarixində xəbər daxil olub.
Sakinlərin sözlərinə görə, sözügedən küçədə yerləşən kanalizasiya quyusu ötən həftədən etibarən daşırdı. Çirkab küçə boyu axaraq Üzeyir Hacıbəyov küçəsinə doğru gedib çıxırdı. Artıq kanalizasiya borusunda təmizlik işləri yerinə yetirilib.