Gəncədə “Azəriqaz” işçiləri ilə görüş baş tutub. Bu haqda 7 mart tarixində “Azəriqaz” İstehsalat Birliyinin baş direktoruna istinadən məlumat veririk.
“Socar”ın “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın sədri və üzvləri Nizami yurduna səfər ediblər. Burada Gəncə Regional Qaz İstismarı İdarəsinə baş çəkiblər.
Görüş zamanı xidmət sahələrinin fəaliyyəti haqqında ətraflı məlumat verilib, qaz təchizatında üzləşilən çətinliklərdən danışılıb. İctimai Şura üzvləri təkliflərini xidmət sahəsi rəislərinin diqqətlərinə çatdırıblar.