Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Gencexeber.az DİN-nin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “LADA” markalı avtomobili saxlayıblar.
Tibbi müayinədən keçirilən nəqliyyat vasitəsinin sürücüsü A. Süleymanovun narkotik vasitələrdən istifadə etdiyi məlum olub. Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.