Gəncədə tibbi müayinələr aparılıb. Bu haqda 3 iyul tarixində Respublika QİÇS ilə Mübarizə Mərkəzinə istinadən məlumat veririk.
Gəncə Regional Laboratoriyasının əməkdaşları 2 nömrəli şəhər poliklinikasında İİV/QİÇS-nin aşkarlanması məqsədilə müayinələr aparıblar. Aksiyaya qoşulan vətəndaşlar öz statuslarını dəqiqləşdirib ekspres-testdən keçiblər.
Təcrübəli həkimlər sakinlərə xəstəliyin yoluxma yolları, profilaktikası, onun ödənişsiz, anonim qaydada müayinəsi və müalicəsi barədə ətraflı məlumat veriblər.