Gəncədə bir sıra fəvvarələr fəaliyyət göstərmir. Bu haqda Gencexeber.az-a 22 avqust tarixində məlumat daxil olub.
Belə hallardan biri Bayraq meydanında yerləşən istirahət guşəsində müşahidə olunur. Sakinlər bildirirlər ki, buradakı fəvvarə uzun müddətdir işləmir.
“Yay girəndən fəvvarələr çalışmır. İstidə çıxırıq parklara ki, sərinləyək. Amma fəvvarələrin heç biri fəaliyyət göstərmir. Onların təmir olunaraq işlək vəziyyətə gətirilməsini arzulayırıq”. - deyə vətəndaşlar qeyd ediblər.