Gəncədə sahibsiz heyvanlarla bağlı aksiya təşkil olunur. Bu haqda Gencexeber.az-a 16 avqust tarixində məlumat daxil olub.
Aksiya baytarlar tərəfindən keçirilir. Hər ay dörd heyvan üçün qısırlaşdırma əməliyyatı aparılacaq, dörd canlı quduzluğa qarşı peyvənd olunacaq.
Təşəbbüs Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq klinikasında Əlvan və Təhminə həkimlər tərəfindən həyata keçirilir.
Əlavə məlumat üçün klinikaya yaxınlaşmaq olar.