Gəncədə növbəti təlim baş tutub. Bu haqda 14 avqust tarixində Gəncə KOBİM-ə istinadən məlumat veririk.
"Qrantlar, tenderlərə qoşulmaq və sənədlərin hazırlanması" mövzusunda maarifləndirici təlimlər Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən təşkil olunub. Burada 9 nəfər iştirak edib. Tədbirdə KOBİM-in eksperti tərəfindən "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu, tenderlərdə iştirak qaydaları, tenderlərə ilkin və ikinci mərhələ üçün sənədlərin hazırlanması, tenderlərə elektron müraciətin olunması barədə ətraflı məlumat verilib.
Həmçinin qrant layihə anlayışı, qrant müsabiqəsinin keçirilmə qaydaları və sənədlərin hazırlanması haqda danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.