Gəncədə KOBİM növbəti təlimini keçirib. Bu haqda 30 avqust tarixində mərkəzə istinadən xəbər veririk.
"Sahibkarlıq" və "Liderlik" mövzularında təlimlər təşkil olunub. Burada KOBİM-in ekspertləri iştirakçılara biznes və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq subyekti haqqında, təşkilati planın hazırlanması, bazarın araşdırılması, maliyyə planı və analizi, həmçinin layihə risklərinin qiymətləndirilməsi barədə ətraflı məlumat veriblər.
Təlimin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.
Qeyd edək ki, KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.