Gəncədə master-klas təşkil olunacaq. Bu haqda 2 mart tarixində Art land Ganja-ya istinadən məlumat veririk.
Ustad dərsi 8 Mart - Qadınlar Bayramı münasibətilə baş tutacaq. 5 mart saat 14:30-da “Sadə şüşə qabı güldana çevirək” adlı master-klas keçiriləcək. Burada 5 yaş və yuxarı uşaqlar və böyüklər iştirak edə bilərlər.
İştirakçılar özləri ilə banka, butulka və ya şüşə qab, quaş ya da akril boya və fırça gətirməlidirlər. Lazımi ləvazimatları məkandan da əldə etmək mümkündür.
Ətraflı məlumat və qeydiyyat üçün (055) 257 66 62 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.