Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 3 mart tarixində məlumat daxil olub.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. “Toyota Prius” markalı avtomobilin qarşısında hərəkətdə olan sərnişin avtobusu qəfil dayanıb. “Prius”un sürücüsü qəza törətməmək üçün əyləci basıb. Bu zaman arxadan gələn “VAZ-2107” “Prius”u, “Mercedes” isə “VAZ-2107”ni vurub.
Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, protokol tərtib edilib.