Gəncədə qaz boruları qəzalı vəziyyətə düşüb. Bu haqda Gencexeber.az-a 22 yanvar tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Məmməd Bürcəliyev küçəsində müşahidə olunur. Burada evləri mavi yanacaqla təmin edən borular sallanır və ya yerə toxunur. Sakinlərin sözlərinə görə, həmin hissələrdə qaz sızır. Onlar yaranan vəziyyətdən narahat olduqlarını bildirirlər və boruların təmir edilməsini istəyirlər.
Qeyd edək ki, həmin küçədə sakinləri narahat edən məsələlərdən biri də asfalt örtüyüdür. Vətəndaşlar yolun yalnız bir hissəsinin asfaltlandığını deyirlər. Küçənin qalan hissəsində isə yol infrastrukturu mövcud deyil.
[modula id="53578"]