Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 28 fevral tarixində məlumat daxil olub.
Hadisə şəhərin Vatutin və Mikayıl Müşfiq küçələrinin kəsişməsində qeydə alınıb. Burada sakinləri içməli su ilə təchiz edən su borusu partlamışdı. Səhər saatlarında “Azərsu”nun əməkdaşları əraziyə gələrək təmir işləri aparıblar.
Lakin bir neçə saat sonra boru yenidən partlayıb və həmin yerdən su sızmağa başlayıb. Nəticədə küçə boyunca su axır.